AZ

İsrail ordusu Latakiyanın şimalında Suriya hərbi kazarmalarına zərbələr endirib

Bakı. Trend:

Sentyabrın 8-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsusqırıcı təyyarələr Suriyanın Latakiya liman şəhərinin şimalındayerləşən hərbi obyektlərə hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə "Al Ikhbariya" televiziyakanalı xəbər verib.

Məlumata əsasən, zərbələrdən biri Suriya ordusunun Skubeynkəndindəki kazarma binasına dəyib. Şahidlər ərazidə Latakiyadaeşidilən bir neçə güclü partlayışın olduğunu bildiriblər.

Hava hücumu həmçinin Suriya səhrasındakı Palmira yaxınlığındakıtəlim düşərgəsinə və silah-sursat anbarlarına endirilib. Hücumyerindən qara tüstü sütunları səmaya qalxıb.

Seçilən
40
az.trend.az

1Mənbələr