AZ

Bakıya gələn tanınmış futbolçunun evinə rus dronu düşdü

“Təəssüf ki, biz 3 ildir bu vəziyyətdə yaşayırıq. Biz bilirik ki, bura hansı futbolçuları gətirmişik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə deyib.

O, 1 gün əvvəl evinə rus dronu düşən “Şaxtyor Donetsk” və millinin yarımmüdafiəçisi Georgi Sudakovun hazırda psixoloji cəhətdən də yaxşı vəziyyətdə olduğunu bildirib:

“Bu hadisə ilk dəfə deyil, baş verir. Dünən Sudakovun, əvvəlki illərdə başqa oyunçuların başına belə iş gəlib.

Hazırda belə bir vəziyyətdəyik, belə yaşayırıq. Bu, bizə daha çox motivasiya verir. Bu bizim üçün döyüş arenasıdır".

Sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.

Seçilən
17
sportinfo.az

1Mənbələr