AZ

KİV: Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiya paketini bu həftə təqdim edəcək

Avropa Komissiyası Rusiya Federasiyasına qarşı 19-cu sanksiya paketini bu həftə irəli sürməlidir

APA xəbər verir ki, bu barədə "Sky News" diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, yeni paket ən geci sentyabrın 12-dək təqdim olunacaq.

Gözlənilir ki, siyahıya “Mərkəzi Asiyanın iki ölkəsinin bankları” da daxil ediləcək.

Xatırladaq ki, əvvəlki sanksiya paketində Çinin iki bankı və Hindistanın ən böyük neft emalı zavodu Nayara məhdudiyyətlərə məruz qalmışdı.

Seçilən
66
1
apa.az

2Mənbələr