AZ

Pakistan Ermənistanı dövlət kimi BMT-də tanıyacaq

Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun qarşılığında Avrasiya İqtisadi Birliyinə (Aİİ) qoşulmaq imkanı əldə edəcək.

Publika.az xəbər verir ki, bu barədə "TASS" mənbələrinə istinadən məlumat verib.

Agentliyin BMT-dəki həmsöhbətlərindən biri qeyd edib ki, Pakistan bu addımın qarşılığında Aİİ-yə qoşulmaq məsələsində konsensus əldə etməyi düşünür.

Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.

Mənbə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə yaratmadığını da vurğulayıb.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya tərəfi Ermənistan və Pakistan arasında təmasların bərpasını alqışlayır və bunu “irəli addım” adlandırır.

Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı İshaq Dar Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Danışıqlardan sonra iki ölkənin xarici işlər nazirləri diplomatik əlaqələrin qurulmasına dair kommünike imzalayıblar.

Seçilən
51
7
publika.az

10Mənbələr