AZ

Lavrovun sözlərindən sonra hücuma keçdilər: Kreml açıqlama yaydı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xarici işlər naziri Sergey Lavrovun MDBMİ-dəki çıxışından sonra media məkanında xarici agentlərin kütləvi informasiya hücumu qeydə alınıb.

Globalinfo.az xəbər verior ki, bu barədə nazirliyin rəsmi teleqram kanalı məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Lavrovun müasir beynəlxalq münasibətlər və gələcək çoxqütblü dünya haqqında dedikləri təhrif edilməyə çalışılıb. Nazirliyin fikrincə, rusofob və Avro-Atlantik qurumların təbliğatçıları çıxışı təhrif edərək ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışıblar.

Nazirlik xatırladıb ki, Lavrovun çıxışının əsas ideyası ölkələr arasında açıq və dürüst dialoqa çağırış olub. Lavrov çıxışında vurğulayıb ki, Rusiya yeni divarlar tikmək niyyətində deyil və bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
globalinfo.az

1Mənbələr