Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin Corciya ştatındakı avtomobil zavodunda miqrantlara qarşı polis reydini ədalətsiz adlandırıb.
"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Reyd zamanı 23 meksikalı saxlanılıb. Onlardan 13-ü Meksika konsulluğundan kömək istəyib. Meksika lideri bildirib ki, həmvətənləri öz dövlətlərinin dəstəyinə arxalana bilərlər.
O qeyd edib ki, ABŞ-dəki qanunsuz reydlər zamanı hətta qonşu ştatda işləmək üçün icazə almış meksikalılar da həbs olunur.