AZ

Həkimlər bu barədə susur – Alman nevroloq qəfil ölümdən qorunmağın sirrini açdı

Qəfil ölümlərin əsas səbəblərindən biri tromboz, tromb qopmasıdır.

Alman həkim nevroloq, professor Klaus Rixter 35 illk təcrübəsinə əsaslanaraq, qəfil tromb səbəbindən insanların niyə öldüyünü və bundan necə qorunmağın yollarını açıqlayıb.

Tromb damarlarda illərlə formalaşır, heç bir siqnal, əlamət vermir. Sonra birdən ani olaraq qopur, ürəyə, beyinə gedir və insulta səbəb olur.

Bu faciənin qarşısını almaq üçün nə etmək olar?

“Çoxunuz bilirsiz ki, müalicə və profilaktika üçün həkimlər çox zaman qandurulducular təyin edir. Bunlar çox ciddi preparatlardır və mən ondan imtina etməyə çağırmıram. Əgər həkim aspirin yazıbsa, bunu ciddi qəbul etmək lazımdır.

Amma mən sizə təbiətin çoxdan yaratdığı və aspirindən geri qalmayan daha təhlükəsiz təbii analoqlarından danışmaq istəyirəm.

Damarları daxildən çox yumşaq təmizləyən, qanı duru, axıcı edən qidalar mətbəxinizdədir.

Sadəcə bu ucuz, təbii effektiv möcüzələr reseptlərə yazılmır. Mən sizə trombu həll edən, 3 effektiv təbii vasitəni açıqlayacam, hansı ki, onların effektivliyi elmi araşdırmalarda sübut olunub.

1. Bir nömrəli təbii vasitə - sarımsaqdır. Məyus olmayın bəli, məhz o, qanı daha axıcı və duru edə bilir. Ona görə cərrahlar xəstələrə əməliyyata 1 həftə qalanda sarımsaq yeməyi qadağan edir ki, qan çox duru olmasın.

Sarımsağı mütləq əzib əlavə etmək lazımdır. Bu zaman əsas maddə alisin aktivləşir. O, trombositlərə birbaşa təsir edir, onların çoxalmasının və bir-birinə yapışmasının qarşısını alır.

Allisin çox kaprizli maddədir, sarımsaq bişiriləndə və əziləndən 1 saat sonra itir. Ona görə sarımsağı əzib, kəsib 10 dəqiqə saxlayıb, bundan sonra istifadə edin. Sarımsağı qatığa qatıb yemək olar. Əgər mədədə xora varsa, ehtiyatlı olun.

2. Zəncəfil – onun əsas gücü qan dövranını aktivləşdirmək, bədəni “qızdırmaqdır”. Tromb damar içində o yerdə yaranır ki, orda iltihab var. Zəncəfil bu hissələri hamarlayır, iltihabi sitogenlərə qarşı mübarizə aparır. Zəncəfildə olan qinqirol steroid dərmanlar kimi təsir edir.

Ən sadə yolu təzə zəncəfildən dəmlənmiş çay içməkdir. Bal və ya şəkər qatmaq olmaz.

3. Sarıkök – sarı qızıl, loğmanların sevimli ədviyyatı. Ona sarı rəng və spesifik qoxu verən maddə kurkumin alim və həkimlərin qəbul etdiyi, güvəndiyi maddədir.

Bütün damarlara, qana iltihab əleyhinə təsir edir, qanın əsas hüceyrələrini aktivləşdirir.

Sarıkökü çox az miqdarda suya qatıb həll edib içmək olar. Eləcə də təbii sarıkökü salat və yeməklərə qatın.

Medicina.Az

 

Seçilən
27
2
hurriyyet.az

3Mənbələr