AZ

İsrail təyyarələri Hizbullah bazalarına 12 reyd keçirib

İsrail təyyarələri Hizbullah bazalarına 12 reyd keçirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimalında, Suriya ilə sərhədə yaxın Hermel şəhəri yaxınlığında şiə Hizbullah təşkilatının hərbi obyektlərinə hücum edib.

AFN.az xəbər verir ki, bu barədə "Janoubia" portalı məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyası Radvan xüsusi təyinatlılarının arxa bazalarına və raket silahları olan anbarlara azı 12 reyd keçirib. Breisa, Zeqrin, Nəbi Musa, El-Muqar və Əl-Harayib dağlıq ərazilərində hava hücumlarından sonra güclü partlayış səsləri eşidilib. Hava hücumunun nəticələri ilə bağlı təfərrüatlar hələ əldə edilməyib.

İsrail təyyarələri sonuncu dəfə iyulun 15-də Hizbullahın Hermeldəki yeraltı sığınacaqlarına və düşərgələrinə belə irimiqyaslı zərbələr endirib. Həmin vaxt 12 nəfər həlak olub, 8 nəfər yaralanıb.

İsrail ordusunun rəsmi nümayəndəsi Avichai Edri X-də təyyarələrin yəhudi dövləti üçün təhlükə yaradan yaraqlıların hərbi təlim keçdiyi bazalara hücum etdiyini bildirib.

Seçilən
25
afn.az

1Mənbələr