Repçi Drayk ABŞ Açıq 2025 turnirində dördqat “Böyük Şlem” çempionu, dünya ikincisi italyan tennisçi Yannik Sinnerin qalib gələcəyinə qoyduğu 300 min dollarlıq mərcdə uduzub.
90deqiqe.Az-ın məlumatına görə, Sinner finalda ispaniyalı Karlos Alkarasa 2:6, 6:3, 1:6, 4:6 hesabı ilə məğlub olub. 22 yaşlı Alkaras altıncı “Böyük Şlem” titulunu qazanaraq italiyalını dünya reytinqinin birincilik mövqeyindən çıxarıb.
Sinnerin turnirdə qalib gələcəyinə dördüncü tur oyunları başa çatdıqdan sonra 1,69 əmsal verilmişdi. 24 yaşlı italyan keçən il ABŞ Açıq finalında amerikalı Taylor Fritz üzərində qazandığı titulu müdafiə edə bilməyib.