AZ

"Gecikmək olmaz! Sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı proseslər sürətləndirilməlidir" - Elxan Şahinoğlu

"Rusiya rəsmiləri Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında 8 avqustda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzaladıqları müqaviləyə ilk günlər səbirli yanaşır, razılaşmanın əleyhinə açıqlama vermirdilər. Bu onunla əlaqəliydi ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarının dəvəti üzərinə Trampla Alyaskada görüşə hazırlaşırdı. Bu ərəfədə Kreml sahibinin və onun əlaltılarının 8 avqust müqaviləsinin əleyhinə açıqlamalar verməsi doğru sayılmırdı. Bu Trampın səylərini şübhə altına almaq anlamına gələrdi. Vaşinqtonda imzalanan müqavilədən bir ay keçib və zaman keçdikcə rusiyalı rəsmilər Azərbaycan və Ermənistan liderlərinin ABŞ paytaxtında imzaladıqları müqavilənin əleyhinə açıqlamalar verməyə başlayıblar".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Kreml həmişəki kimi xarici işlər naziri Sergey Lavrovu qabağa verib: "O Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunan razılaşmanı iki ölkənin suveren hüququ saysa da, iki zəruri əlavəsini də unutmayıb. Birincisi, Lavrov deyib ki, Rusiya razılaşmaların icrasını yaxından izləyir. İkincisi, Lavrovun fikrincə, müqaviləylə bağlı ilkin müsbət rəylər tədricən skeptik qiymətləndirmələrlə əvəzlənib və guya sənəddə hər şey razılaşdırılmayıb".

Politoloqun sözlərinə görə, Lavrovun açıqlaması Kremlin Vaşinqton razılaşmasının icrasına mane olmağa çalışacağından xəbər verir: "Rusiyanın xarici işlər naziri müqavilə barədə “skeptik rəylər” sözləri ilə Ermənistanın radikal müxalifətini nəzərdə tutub. Çünki, məhz erməni radikallar Vaşinqtonda imzalanan müqaviləni topa tutublar. Kremlin dayağı da məhz onlardır. İrəvan və Vaşinqton tələsməlidirlər. Zəngəzur dəhlizinin tikintisini və Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək lazımdır. Gecikmə Kremlin xeyrinə işləyəcək".

Tehran,

Sitat.info

Seçilən
36
4
sitat.info

10Mənbələr