AZ

Seçkilər sual altındadır: Makron çıxış yolunu danışıqlarda axtarır...

Prezident hesab edir ki, növbədənkənar seçkilər siyasi böhranı həll etməyəcək və sosialistlərlə dialoqa üstünlük verir...

Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və onun müttəfiqləri, mərkəzçi və mühafizəkar partiyalar hazırkı siyasi böhranın növbədənkənar seçkilərlə həll olunacağına inanmır. Onlar çıxış yolunu sosialistlərlə aparılacaq danışıqlarda görürlər.

Reuters-in məlumatına görə, sosialistlər alternativ büdcə planı irəli sürüblər. Bu plan çərçivəsində şəxsi sərvəti 100 milyon avronu aşanlara minimum 2 faiz vergi tətbiq edilməsi nəzərdə tutulur. Hesablamalara görə, bu addım dövlət büdcəsinə əlavə 22 milyard avro qazandıracaq. Lakin bu təşəbbüs Makronun biznes yönümlü islahatları ilə ziddiyyət təşkil edir və siyasi uzlaşmanı çətinləşdirir.

Bununla yanaşı, küçələrdə narazılıq artır. “Bloquons Tout” hərəkatı çərşənbə günü genişmiqyaslı aksiyalara çağırış edib. Ölkənin əsas həmkarlar ittifaqları isə gələn həftə ümummilli tətil planlaşdırır.

Siyasi ekspertlərin fikrincə, hökumət qarşıdakı günlərdə həm parlamentdə, həm də küçələrdə ciddi təzyiqlə üz-üzə qalacaq. Bu isə Makronun manevr imkanlarını məhdudlaşdırır və ölkənin siyasi gündəmini qeyri-müəyyən vəziyyətdə saxlayır.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr