AZ

Fransada hökumətin devrilməsi halında mümkün yol xəritələri gündəmdədi

Fransada hökumətin devrilməsi halında mümkün yol xəritələri gündəmdədi

Fransadakı mövcud mərkəz-sağ hökumət bu axşamkı çətin etimad səsverməsini hələ keçə bilməmişkən, iqtidar və müxalifət baş nazir Fransua Bayru sonrası ölkənin necə idarə olunacağı barədə görüşlərini davam etdirir.

Fransada Milli Məclisin ümumi sessiyasında yerli vaxtla 15:00-dan etibarən mərkəz-sağ Bayru hökumətinə etimad səsverməsi üçün fövqəladə iclas keçiriləcək.

Müxalifət qanadındakı solçular, ekoloqlar və ifrat sağçılar Bayru hökumətinə etimad səsverməsi verməyəcəklərini əvvəlcədən açıqlayıblar.

Hələ bu çətin etimad səsverməsini keçə bilməyən hökumətin Məclisdə kifayət qədər dəstək əldə edə bilməyib devriləcəyi ehtimalı müzakirə olunur.

İqtidar və müxalifət Bayru hökumətinin devrilməsi halında mümkün yol xəritələrini müzakirə edir.

Müxalifət qanadından Yaşıllar Partiyasının (EELV) lideri Marin Tondelier X-də açıqlama verərək, ekoloqların dünən bütün regional nümayəndələrini bir araya gətirdiyini və bu axşam Məclisin tezliklə buraxılması da daxil olmaqla bütün ehtimalları müzakirə etdiyini bildirib.

Tondelier deyib ki, bu, ən ehtimal olunan ssenari deyil, amma baş verərsə, seçki bölgələrinin hamısında namizədləri müəyyən etməyə və həmçinin tərəfdaşlarla görüşlərə başlamağa hazır olacaqlar.

O, ilkin planlar arasında solçu və ya ekoloq bir baş nazirin təyin olunmasının olduğunu vurğulayıb.

Bu ehtimalın reallaşmasına yaxın olduqlarını qeyd edən Tondelier bütün ssenarilərə hazır olacaqlarını əlavə edib.

Müxalifətdən “Boyun Eğməyən Fransa” (LFI) qrupunun sədr müavini Matild Panot LCI kanalına açıqlamasında bildirib ki, Fransa hər 3 ayda bir devrilən hökumət ritmi ilə yaşaya bilməz və erkən prezident seçkilərinin keçirilməsi lazımdır.

Digər tərəfdən, Fransanın Prezidenti Emmanuel Makron ölkənin ən vacib şəxslərindən Senat sədri Jera Larcher ilə keçən həftə, Milli Məclis sədri Yael Braun-Pivet ilə isə bu gün Bayru hökumətinin devrilməsi sonrası ssenariləri müzakirə edib.

Qanunvericiliyə görə, Makron Məclisi buraxmadan əvvəl Parlamentin iki palatasının sədrləri ilə görüşməlidir.

Qeyd edək ki, Bayru Məclisdə 2026-cı ilin büdcəsi müzakirəyə çıxarılmadan əvvəl hökuməti etimad səsverməsinə aparacağını açıqlamışdı.

Seçilən
29
afn.az

1Mənbələr