AZ

Britaniya sərhəd siyasətini sərtləşdirir

Bakı. Trend:

Böyük Britaniyanın yeni daxili işlər naziri Şabana Mahmud bəyanedib ki, vətəndaşlarını geri qəbul etməyən ölkələrin vizalarıdayandırıla bilər.

Trend BBC-yəistinadən xəbər verir ki, hökumət La-Manş boğazından kiçikqayıqlarla ölkəyə gələnlərin sayını azaltmaq istiqamətində güclütəzyiq altındadır.

Yeni nazirin işdə ilk tam günü olan şənbə günü 1097 nəfərinBritaniyaya daxil olduğu bildirilib ki, bu da indiyədək qeydəalınmış ən yüksək göstəricilərdən biridir.

Nazir vəzifəyə təyin olunandan sonra ilk çıxışında əsasprioritetin Böyük Britaniya sərhədlərinin təhlükəsizliyini qorumaqolduğunu bildirib.

O qeyd edib ki, əgər bir ölkə öz vətəndaşlarını geri qəbuletməyə razı deyilsə, daha sərt addımlar atılmalıdır.

Nazir onu əlavə edib ki, bu, gələcəkdə həmin ölkələr üçünvizaların verilməməsi demək ola bilər.

Seçilən
35
3
az.trend.az

4Mənbələr