AZ

Gəncədə III MDB Oyunlarına test xarakteri daşıyan güllə atıcılığı üzrə çempionat keçirilir

Bakı. Trend:

Gəncə İdman Sarayında III MDB Oyunlarına hazırlıq və testxarakteri daşıyır güllə atıcılığı üzrə turnirinin ilk yarış günübaşa çatıb.

Trend xəbərverir ki, çempionat Gənclər və İdman Nazirliyi, III MDB OyunlarınınTəşkilat Komitəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgətəşkilatçılığı ilə keçirilir.

Turnirin ilk günündə kişilər və qadınlar arasında 10 metrməsafədən pnevmatik tapança və pnevmatik tüfənglə atəş açma üzrə 4dəst medal uğrunda mübarizə aparılıb. Ümumilikdə turnirdə 83idmançı yarışıb.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ciil tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə,Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış vəbağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

III MDB Oyunları çərçivəsində güllə atıcılığı yarışları Gəncəİdman Sarayında təşkil olunacaq.

Seçilən
55
5
az.trend.az

6Mənbələr