AZ

KİV: "Ramştayn" formatında iclas sentyabrın 9-da Londonda keçiriləcək

BAKI, 8 sentyabr. TELEQRAF

Ukraynaya hərbi təchizat üzrə "Ramştayn" formatında əlaqələndirici qrupun növbəti iclası sentyabrın 9-da Londonda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” telekanalı NATO-nun bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, 56 ölkənin iştirakı ilə keçiriləcək iclasda NATO-nun Baş katibi Mark Rütte iştirak edəcək. İclas çərçivəsində Rüttenin həmçinin Ukrayna ilə bağlı bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Seçilən
24
teleqraf.com

1Mənbələr