AZ

BMT Təhlükəsizlik Şurasında veto hüququ onu münaqişələri həll etmək imkanından məhrum edir - Misir Prezidenti

BMT Təhlükəsizlik Şurasında veto hüququnun olması ona birbaşa vəzifələrini yerinə yetirməyə, xüsusən də beynəlxalq münaqişələrin həllinə imkan vermir.

“İki sahil” xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi BRICS-in onlayn sammitində çıxışı zamanı deyib.

"Veto hüququ zaman keçdikcə BMT Təhlükəsizlik Şurasını reallıqdan getdikcə uzaqlaşdıran və onu öz əsas funksiyasını yerinə yetirmək, yəni münaqişələri həll etmək və müharibələri dayandırmaq iqtidarında olmayan bir alətə çevrilən bir imtiyazdır", - əs-Sisi vurğulayıb.

Seçilən
8
ikisahil.az

1Mənbələr