AZ

Binəqədidə qəza zamanı svetofor yararsız vəziyyətə düşüb

Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən 1 ədəd svetofor obyekti yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Seçilən
74
15
operativmedia.az

10Mənbələr