
NATO-nun baş katibi Mark Rutte çərşənbə axşamı Böyük Britaniyaya səfər edəcək. Səfərdə məqsəd Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun çərşənbə axşamı keçiriləcək iclasında iştirakdır.
Reyting.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Mark Rutte sentyabrın 9-da Böyük Britaniyada digər məsələlərlə yanaşı, “Ramşteyn” formatı kimi tanınan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək.
Bundan əlavə, Ruttenin iş qrafikinə bir neçə ikitərəfli görüşlər də daxildir.
ELÇİN