Ayrı-ayrı ölkələr tərəfindən açılan ticarət və tarif müharibələri qlobal iqtisadiyyatı əhəmiyyətli dərəcədə sarsıdır.
AzPost bildirir ki, bunu BRİKS-in onlayn sammitində Çin sədri Si Cinpin deyib.
“Hazırda dünyada baş verən dəyişikliklər inkişafı sürətləndirib, hegemonizm, birtərəflilik və proteksionizm çiçəklənir. Ayrı-ayrı ölkələr bir-birinin ardınca qlobal iqtisadiyyatı ciddi şəkildə sarsıdan və beynəlxalq ticarət qaydalarına ciddi ziyan vuran ticarət və tarif müharibələri aparırlar”, – Sinxua xəbər agentliyi Çin liderinin sözlərindən sitat gətirib.