AZ

Azərbaycanda müddətli əmanət yerləşdirənlərin sayı 174 minə yaxınlaşıb

2025-ci ilin avqustun 1-nə (iyul ayının yekunu) Azərbaycanda bank sektorunda müddətli əmanəti olan unikal müştərilərin (FİN-lərin) sayı 173 min 702 nəfər təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.

Bu, ötən ilin sonu ilə müqayisədə 23 min183 nəfər, yəni 15,4% artım deməkdir. Aylıq müqayisədə isə müddətli əmanətçilərin sayı 5 min 529 nəfər, yəni 3,3% artıb.

Xatırladaq ki, müddətli əmanətçilərin sayı bu ilin iyulun 1-nə 168 min 173 nəfər, ötən ilin sonunda  isə 150 min 519 nəfər təşkil etmişdir.

Seçilən
22
fed.az

1Mənbələr