AZ

İsrail və Hindistan Strateji İnvestisiya Sazişi imzalayıblar

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün, sentyabrın 8-də Yeni Dehlidə İsrail və Hindistanın maliyyə nazirləri 2017-ci ildə ləğv edilmiş 1996-cı il müqaviləsini əvəz edəcək yeni strateji investisiya sazişi imzalayıblar.

Bizimyol.info xəbər verir ki, sənəd Hindistanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olan ölkə ilə ilk belə sazişi olub.

Müqaviləni İsrailin maliyyə naziri Bezalel Smotriç və Hindistanın maliyyə naziri Nirmala Sitharaman imzalayıb.

Yeni saziş investisiyaların təşviqi və qorunması, investorların inamının gücləndirilməsi və hər iki bazarda maliyyə fəaliyyətinin sadələşdirilməsi məqsədi daşıyır. Bunun qarşılıqlı ticarət və investisiyaların həcmini artıracağı gözlənilir.

Tərəflər innovasiya, infrastruktur, maliyyə tənzimlənməsi və rəqəmsal xidmətlər sahələrində əməkdaşlığa xüsusi diqqət yetiriblər. Nazirlər həmçinin hər iki ölkədə iqtisadi artıma töhfə verməli olan birgə layihələri təşviq etmək barədə razılığa gəliblər.

"Bu, İsrail və Hindistan investorları üçün yeni imkanlar yaradacaq, İsrail ixracatını genişləndirəcək və hər iki ölkənin şirkətlərini dünyanın ən sürətlə inkişaf edən bazarlarından bəzilərində inkişaf etmək üçün lazım olan inam və alətlərlə təmin edəcək strateji addımdır", - deyə Smotriç bildirib.

O, Hindistanın aparıcı qlobal iqtisadiyyat kimi artan rolunu qeyd edib və yeni sazişi İsrail üçün mühüm fürsət adlandırıb. Ötən il Nyu-Dehli BƏƏ və Özbəkistanla analoji sazişlər imzalayıb.

Smotriç iqtisadi əlaqələri daha da gücləndirmək üçün Hindistanda İsrail Maliyyə Nazirliyinin ofisini açmağı düşündüyünü də bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr