AZ

Tokayev Qazaxıstanda birpalatalı parlament yaradılmasını təklif etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə parlamentin strukturunda ciddi islahat təklif edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı xalqa müraciəti zamanı parlamentin gələcəkdə birpalatalı formata keçirilməsinin mümkünlüyünü bildirib:

“Özüm on il ərzində Senata rəhbərlik etmişəm və bu işi böyük şərəf və məsuliyyət kimi qəbul etmişəm. Ona görə də parlament islahatından danışmaq mənim üçün asan deyil. Lakin hesab edirəm ki, yaxın gələcəkdə Qazaxıstanda birpalatalı parlament yaradılmalıdır”.

Tokayevin sözlərinə görə, belə parlament yalnız partiya siyahıları əsasında formalaşdırılmalıdır.

Qeyd edək ki, Qazaxıstan parlamenti 1995-ci ildən iki palatadan — Senat və Məclisdən ibarətdir. Prezidentin təklifi qəbul olunacağı təqdirdə ölkənin siyasi idarəetmə sistemində mühüm dəyişiklik baş verəcək.

Musavat.com

Seçilən
38
1
musavat.com

2Mənbələr