Bu il iyulun 1-nə Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı ötən ilin eyni dövrü ilə müqayisədə 33,1 % artaraq 4 milyard 515,2 milyon manata çatıb.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də qeyd olunub. Vahid xəzinə hesabının sərbəst qalığı ilin əvvəli ilə müqayisədə 2 milyard 677,4 milyon manat və ya 2,5 dəfə artıb.
Məlumata görə, sərbəst qalığın artması yanvar və aprel aylarında əhəmiyyətli profisit və bu aylarda kəsirin maliyyələşdirilməsindən daxilolmalarla əlaqəli olub.