AZ

Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı 4,5 milyard manatı ötüb

Bu il iyulun 1-nə Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı ötən ilin eyni dövrü ilə müqayisədə 33,1 % artaraq  4 milyard 515,2 milyon manata çatıb.

FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də qeyd olunub. Vahid xəzinə hesabının sərbəst qalığı ilin əvvəli ilə müqayisədə 2 milyard 677,4 milyon manat və ya 2,5 dəfə artıb.

Məlumata görə, sərbəst qalığın artması yanvar və aprel aylarında əhəmiyyətli profisit və bu aylarda kəsirin maliyyələşdirilməsindən daxilolmalarla əlaqəli olub.

Seçilən
26
fed.az

1Mənbələr