Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropolda Azərbaycan vətəndaşını saxlayıb. Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. “Stavropol diyarında Rusiya Federasiyasında qadağan olunmuş Ukrayna terror təşkilatına qoşulmuş, onun rəhbərlərinin göstərişi ilə təxribat və terror aktları törətmək üçün nəzərdə tutulmuş bir sıra obyektlərə, o cümlədən Yesentuki və Stavropol şəhərlərində hüquq-mühafizə orqanlarının inzibati binalarına və nəqliyyat vasitələrinə ətraflı kəşfiyyat aparan Azərbaycan vətəndaşı saxlanılıb”, - məlumatda qeyd olunub. Onun əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etdiyi bildirilib.
Yada salaq ki, avqustun 21-də də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlunu Dağıstanın Azərbaycanla sərhədində yerləşən “Yaraq-Kazmalyar” avtomobil buraxılış məntəqəsində saxlayıb. O, “Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək məqsədilə gəzdirməkdə” ittiham olunur. FTX-nin açıqlamasına görə, Rufullayev Yadulla sənədləri Ukraynada yaşayan və UTX agenti olan qardaşı, 1981-ci il təvəllüdlü Səbuhi Rufullayevin göstərişi ilə əldə etdiyini etiraf edib. Sənədlər və mobil telefon sonradan Ukraynaya göndərilmək üçün Kurqan vilayətində gizlədilib.
Faktla bağlı Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı düşmənə kömək maddəsi ilə cinayət işi açılıb. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. FTX bildirib ki, cinayətin təşkilində iştirak edən bütün şəxslərin müəyyən edilməsi və onlara sifariş verənlərin tapılması üçün əməliyyat-axtarış tədbirləri və istintaq davam etdirilir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv