BAKI, 8 sentyabr. TELEQRAF
2025-ci ilin ilk 6 ayında dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 79,5 milyon manat təşkil edib ki, bu da cari ilin 6 ayı üçün müəyyən olunan 54,6 milyon manat proqnozdan 45,5% artıqdır.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də qeyd olunub.
Məlumata görə, 2024-cü ilin 6 ayı üzrə müvafiq göstərici ilə müqayisədə isə özəlləşdirilmədən daxilolmalar 4,4 milyon manat və ya 5,9% çox olub.