Amerikalı nazir enerji ixracından əldə olunan gəlirlərin Rusiyaya hərbi əməliyyatları maliyyələşdirməyə imkan verdiyini diqqətə çatdırıb.
“Əgər avropalılar xətt çəkib “biz daha Rusiya qazını almayacağıq, Rusiya neftini də almayacağıq” deyərək, bunun ABŞ-nin sanksiyalarının daha aqressiv olmasına müsbət təsir göstərə biləcəyini soruşsaydılar, “sözsüz” cavabını alardılar”,- Rayt vurğulayıb.

O, Rusiyanın enerji ehtiyatlarını Amerika istehsalı olan maye qaz ( LNG), benzin və digər yanacaq növləri ilə əvəz etmək təklifini səsləndirib.
![]() |
NBC:“Tramp Putinlə münasibətləri korlamaq istəmir” |
- Avropa ona rəqib yox, müttəfiq olan etibarlı enerji təchizatçıları ilə əməkdaşlığa can atmalıdır. Rusiya-Ukrayna müharibəsinə son qoyulması isə Tramp administrasiyası, eləcə də Avropa İttifaqı (Aİ) üçün əsas prioritet olaraq qalır”, - Kris Rayt bildirib.
Associated Press agentliyinin (APA) məlumatına görə, Aİ-nin sanksiyalar siyasəti üzrə koordinatoru Devid O'Sallivanın rəhbərlik etdiyi Avropa rəsmilərindən ibarət nümayəndə heyəti sentyabrın 8-də ABŞ Maliyyə nazirliyinə səfər etməyi planlaşdırır. Tərəflər Rusiyaya mümkün iqtisadi təzyiq tədbirlərini, o cümlədən yeni məhdudiyyətlərin tətbiqini müzakirə edəcəklər.
Xatıtrladaq ki, Qərb mediasının yazdığına görə, bir neçə gün əvvəl Zelenski və Avropa liderləri ilə telefon danışığı aparan Donald Tramp“Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalıdır”şərtini irəli sürüb
Sahil İsgəndərov
AzVision.az