BAKI, 8 sentyabr. TELEQRAF
Çin şirkətləri Azərbaycanda alternativ enerji layihələrinə qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün keçirilən mətbuat konfrasında bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının rəsmi tikintisinə start veriləcək.
“Həmçinin hazırda Xızı–Abşeron ərazisində 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi uğurla davam edir”.