AZ

Ağdərəyə köçən sakin: Bu günü səbirsizliklə gözləyirdik

"Həmişə ümid edirdik ki, doğma yurdumuza dönəcəyik. Bu günü səbirsizliklə gözləyirdik. Allaha şükürlər olsun, bu gün doğma yurda gəlmişik".

Bu sözləri APA-ya bu gün Ağdərə rayonunun Vəngli kəndinə köç edən sakin Tünzalə Şirinova deyib.

"Bu gün çox sevinirəm. Qızımla, nəvələrimlə birgə yurdumuza qayıtmışıq. Bundan gözəl heç nə ola bilməz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Prezidentimizə minnətdarlığımı bildirirəm", - deyə o bildirib.

Seçilən
86
1
apa.az

2Mənbələr