Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Azərbaycan-Ermənistan sülh danışıqları uğurla davam edir. Tərəflər arasında artıq sülh sazişi paraflanıb. Vaşinqton görüşündə prosesin məntiqi yekunu olacağı rəsmi şəkildə elan edildi. Bu günə kimi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmamasının başlıca səbəbi Ermənistanın işğal faktoru idi. Eyni zamanda, Azərbaycanla sülh sazişinin imzalanmaması idi. Əgər bu məsələ həll olunursa, təbii olaraq Türkiyə ilə Ermənistan münasibətləri də normallaşacaqdı. Əslində bu proses Azərbaycan və Türkiyə üçün faydalıdır. Çünki Ermənistanla münasibətlərin normallaşması fonunda Azərbaycan yaxın gələcəkdə Ermənistana qaz satışı, enerji tədarükü məsələlərini də həyata keçirəcək. Paşinyan təyyarələri Azərbaycan hava məkanından, Azərbaycan təyyarələri isə Ermənistan hava məkanından istifadə edəcəksə, bunlar da reallaşacaq. Türkiyə şirkətləri isə münasibətlərin normallaşması fonunda Ermənistana axın edəcək və ciddi türk təsiri hiss olunacaq. Yəni, Ermənistanla iqtisadi sahədəki əməkdaşlıq Bakı və Ankaranı gücləndirir. Sülh balansı kifayət qədər dəyişib, bu isə bizim xeyrimizədir. Ankara-Bakı tandemi Ermənistanla sülhü həll edib. Bu, münasibətlərin normallaşması üçün zəmin yaradır, etimad mühitini formalaşdırır. Bu baxımdan belə bir görüşün keçirilməsi regional sülh baxımından böyük bir töhfə olacaq".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31