AZ

"Bir kəmər, bir yol" təşəbbüsü Azərbaycanla əməkdaşlıq üçün yeni perspektivlər açır - Çin səfiri

Bakı. Trend:

ÇXR-nin Azərbaycandakı səfiri olaraq Çin və Azərbaycanınpraqmatik əməkdaşlıq üçün böyük potensial və perspektivlərə malikolduğuna əminəm.

Trend xəbər verirki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu MeyBakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çin səfəri zamanıhər iki ölkənin liderləri əməkdaşlığın gücləndirilməsiistiqamətində dərin fikir mübadiləsi aparıblar.

“Si Cinpin milli inkişaf strategiyalarının uzlaşdırılmasınınsürətləndirilməsinin, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsindəyüksək keyfiyyətli əməkdaşlığın inkişaf etdirilməsinin, ticarət vəinvestisiyaların liberallaşdırılması və sadələşdirilməsinin,Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun buraxılışqabiliyyətinin davamlı artırılmasının əhəmiyyətini vurğuladı. O,həmçinin, infrastruktur, kənd təsərrüfatı və energetika kimiənənəvi sahələrdə əməkdaşlığın genişləndirilməsinin, eyni zamanda,rəqəmsal iqtisadiyyat, "yaşıl" inkişaf və süni intellekt kimisahələrdə yeni inkişaf nöqtələrinin formalaşdırılmasınınzəruriliyini qeyd edib”, - deyə Lu Mey vurğulayıb.

Diplomat əlavə edib ki, təhsil, elmi-texniki, mədəni, turizm,gənclər və regionlararası əməkdaşlığın gücləndirilməsi də azəhəmiyyətli deyil. Bu, resursların toplanmasına və ikitərəflimünasibətlərin uzunmüddətli inkişafı üçün möhkəm təməlinqoyulmasına imkan yaradacaq.

“Əminliklə demək olar ki, Çin-Azərbaycan hərtərəfli stratejitərəfdaşlığı geniş perspektivlərə və təsirli imkanlara malikdir.Çin tərəfi dövlət başçılarının diplomatiyasına və ali səviyyədəəldə olunmuş razılaşmalara əsaslanaraq, Azərbaycan tərəfdaşları iləbirlikdə qarşıya qoyulan vəzifələrin uğurla icrası və əməkdaşlığındaha da dərinləşdirilməsi üçün bütün səyləri göstərməyə hazırdır”,- deyə səfir qeyd edib.

Məqalədə:
Seçilən
75
1
az.trend.az

2Mənbələr