ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya Baş naziri Pedro Sançes ölkənin İsrailə bir müddətdir gündəmində olan silah embarqosunu rəsmən elan edib.
Belə ki, İspaniya Qəzzadakı soyqırım səbəbilə İsrailə silah embarqosu tətbiq edəcək və İsrailə yanacaq daşıyan gəmilərin limanlarından istifadəyə icazə verməyəcək.
"Cebheinfo.az" xəbər verir ki, Sançes “Sanksiyalar Qəzzadakı soyqırımı dayandırmaq, günahkarlardan hesab sormaq və Fələstin xalqına dəstəyimizi göstərmək üçündür”,-deyib.
O, İsrailə gedən silahların İspaniya ərazisindən tranzitini əngəlləmək də daxil olmaqla, İsrailə silah embarqosunun tətbiq olunduğunu açıqlayıb. Sançes bazar ertəsi günü etdiyi çıxışında, “Qəzzadakı soyqırıma qarşı” İsrail üzərində diplomatik təzyiqi artırmağı hədəflədiklərini bildirib.
Silah daşınmasını dayandırmaqla yanaşı, İspaniya Fələstin Muxtariyyətinə və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinə (UNRWA) maliyyə dəstəyini artırmağı da öhdəsinə götürüb. Bu sanksiyanın İsrail Baş naziri Benyamin Netanyahu və bütün hökumət üzvlərini əhatə etməsi nəzərdə tutulur.
Sançesin elan etdiyi İsrailə qarşı sanksiya qərarlarının sabah keçiriləcək Nazirlər Kabineti iclasında təsdiqlənərək dərhal qüvvəyə minməsi gözlənilir. Bundan başqa, İspaniya işğal altındakı Fələstin torpaqlarındakı İsrail yaşayış məntəqələrindən gətirilən məhsullara da embarqo tətbiq edəcək. Həmçinin, Qəzzadakı soyqırıma şərik olduğu düşünülen şəxslərin İspaniyaya girişi qadağan ediləcək. Sançes İsrailə qarşı soyqırım sanksiyalarını bu sözlərlə elan edib.
“İsrailin Qəzzada etdikləri müdafiə deyil, müdafiəsiz bir xalqı məhv etməkdir”, – deyə Sançes bildirib və əlavə edib:
“İspaniya olaraq təkbaşına İsrailin hücumlarını dayandıra bilmərik. Atom bombamız, təyyarədaşıyan gəmilərimiz, böyük neft yataqlarımız yoxdur, amma bu, İsraili dayandırmağa çalışmaqdan imtina edəcəyimiz anlamına gəlmir. İspaniya, Qəzzadakı soyqırımı dayandırmaq və Fələstin xalqına dəstək üçün dərhal qüvvəyə minəcək 9 əlavə tədbir qərarı qəbul edib”.
2023-cü ilin oktyabrından bəri faktiki olaraq qüvvədə olan İsrailə qarşı silah embarqosunu hüquqi cəhətdən möhkəmləndirən bir kral fərmanının təcili təsdiqlənməsi ilk addım olacaq. Bu kral fərmanı İsraillə silah, sursat və hərbi texnika alqı-satqısını hüquqi və daimi şəkildə qadağan edəcək. Qəzza Zolağında soyqırım, insan haqlarının pozulması və müharibə cinayətlərində birbaşa iştirak edən bütün şəxslərin İspaniyaya girişi də qadağan ediləcək.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.