Çinlə Azərbaycan arasında qarşılıqlı dəstək daha da güclənib.
APA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkələr arasında praqmatik əməkdaşlıq üçün potensial daha da artıb, ikitərəfli ticarətin artım tempi isə təsirli olaraq qalır.
Azərbaycanın Tayvanın müstəqilliyinə qarşı çıxdığını xatırladan diplomat qeyd edib ki, Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşlıdır.
Səfir xatırladıb ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk dövlətlərdən biridir.