AZ

Vəngli kəndinə köçürülən ailələrə yaşayış evlərinin açarları təqdim edilib - FOTO

Vəngli kəndinə köçürülən ailələrə yaşayış evlərinin açarları təqdim edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Vəngli kənd sakinləri artıq öz ata - baba ocaqlarında daimi və təhlüksəsiz yaşayacaqları üçün, ölkə başına və Vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

XXX

14:51

Ağdərənin Vəngli kəndinə yola salınan köç karvanı mənzil başına çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu gün 29 ailə olmaqla, 105 nəfər keçmiş məcburi köçkün öz yurduna qovuşub.

Daha sonra Vəngli kəndinə çatan ailələrə evlərin açarları təqdim ediləcək.

XXX

13:35

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu köç mərhələsində 29 ailə olmaqla 105 nəfər Vəngli kəndinə köçürülür.

Köç edən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə köçürülən ailələr bu günə kimi, Kürdəmir. Bakı, Ağdam, Yevlax, İmişli, Ağsu,Şamaxı, Goranboy, Qax, Bərdə, Mingəçevir şəhər və rayonlarında məskunlaşan ailələrdir.

Ağdərə rayonunun Vəngli kəndinə köç edən 29 ailə 105 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən yola salınıb.

Bu köç də nəzərə alınmaqla, Ağdərə rayonunun Vəngli kəndinə cəmi 51 ailə 188 nəfər köçürülüb.

  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
  • Vəngli
Seçilən
47
day.az

1Mənbələr