Ankarada leysan yağışları bir sıra fəsadlar törədib.
"Cebheinfo.az" xəbər verir ki, Ankarada günorta saatlarında başlayan güclü yağış nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub.
Gölbaşı rayonunun Seğmenlər məhəlləsində bir binanın istinad divarı uçub.
Çankayadakı Dikmen Vadisində isə çayın daşması nəticəsində bir avtomobil və bir mikroavtobus sel sularında qalıb.
Bələdiyyə əməkdaşları ərazilərdə suyun çəkilməsi və nəqliyyat vasitələrinin çıxarılması üçün işləri davam etdirir.
"Cebheinfo.az"