Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski Rusiya qüvvələrinin cəbhədə say və resurs baxımından Ukrayna ordusuna qarşı üstünlüyünü qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, bunu Sırski sosial media paylaşımında yazıb.
Rusiya ordusu hazırda hərbi qüvvə və resurs baxımından üç qat üstünlüyə malikdir və diqqətini cəmlədiyi əsas sahələrdə bu üstünlük dörd ilə altı qat arasında dəyişə bilir.
Daha əvvəl Sırskiy döyüş bölgəsində Ukrayna birliklərinin vəziyyətinin pisləşməsi səbəbindən bu il 15 min təkərli robot texnikanın xidmətə alınmasının planlaşdırıldığını açıqlamışdı. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə avqust ayının sonunda verdiyi açıqlamada Ukrayna ordusunun yaz və yay aylarında Rusiyanın hücumlarını ləngitmək cəhdləri zamanı ciddi itkilər verdiyini bildirmişdi. Gerasimov strateji üstünlüyün tamamilə Rusiyanın əlində olduğunu vurğulamışdı. Avqust ayında yayımlanan məlumatlara görə, Ukrayna 2022-ci ilin fevral ayından bu yana 1 milyon 700 min hərbçisini itirib.