AZ

"LinkedIn"ə yeni rəqib gəlir...

OpenAI-nin istehsalçısı olduğu ChatGPT, süni intellekt dəstəkli yeni bir iş axtarış platforması üzərində işlədiyini təsdiqləyib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "OpenAI Jobs Platform" adını daşıyacaq bu xidmətin 2026-cı ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

OpenAI-nin bu addımı, şirkətin ən böyük sərmayədarlarından biri olan və "LinkedIn"ə sahib olan "Microsoft"un platformasına birbaşa rəqib kimi qiymətləndirilir.

Xatırladaq ki, "LinkedIn" 2024-cü ildən etibarən iş axtarış təcrübəsini yaxşılaşdırmaq üçün süni intellekt inteqrasiyalarını artırmışdı.

OpenAI-nin yeni platforması isə maşın öyrənməsi alqoritmlərindən istifadə edərək, iş axtaranlarla işəgötürənlər arasında “yüksək səviyyəli əlaqələr” qurmağı hədəfləyir.

Seçilən
71
1
operativmm.az

2Mənbələr