AZ

Türkiyədə evin damı çöküb, 2 uşaq ölüb, ana yaralanıb

Türkiyənin Ərzurum şəhərində birmərtəbəli evin damı çöküb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib.

Nəticədə 6 nəfər dağıntılar altında qalıb. Dağıntılar altında qalanların üç nəfəri xilasedicilərin köməyi ilə çıxarılıb.

Hadisə nəticəsində 2 uşaq ölüb, ana ağır yaralanıb.

Dəryanur Cəfərova


Seçilən
9
1
apa.az

2Mənbələr