AZ

Pərvanə Vəliyeva: "İctimai şuraların fəaliyyəti, yerlərdə insanlarla birbaşa ünsiyyət çox önəmlidir"

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  maliyyə dəstəyi ilə “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən, “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirilib.

İctimai müzakirədə çıxış edən  Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, ictimai nəzarətin güclənməsində ictimai qınağın xüsusi rolu var:

“Ən vacib məsələlərdən biri ictimai qınaqdır. Məsələn, Şəhidlər xiyabanında hörmətsizliklə bağlı baş verənlər böyük ictimai qınağa səbəb oldu. Hər bir ictimai qınaq da əslində maarifləndirmə və məlumatlandırma deməkdir.”

Pərvanə Vəliyeva bildirib ki, vətəndaşların millət vəkilləri ilə görüşlərdə qaldırdıqları məsələlər də cəmiyyətin problemlərinin həlli baxımından əhəmiyyətlidir. Deputat misal olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yanında ictimai şuranın olmamasını qeyd edib və ictimai şuraların bütün dövlət qurumları üzrə yaradılmasının vacibliyini vurğulayıb.

Çıxışında deputat həmçinin qanunların qəbul olunmasının kifayət etmədiyini, onların yerlərdə icrasının da ciddi nəzarətə ehtiyacı olduğunu bildirib:

“Biz qanun qəbul edirik, amma onların icrası necə təmin olunur? Bu baxımdan ictimai şuraların fəaliyyəti, yerlərdə insanlarla birbaşa ünsiyyət çox önəmlidir. Millət vəkillərinin QHT-lərlə işləməsi, belə konsultasiyalar və fikir mübadilələri çox vacibdir.” – deyə Pərvanə Vəliyeva bildirib.

Seçilən
36
qht.az

1Mənbələr