ain.az bildirir, Azpost saytına əsaslanaraq.
PASHA Bank-ın mobil tətbiqində yeni nömrəsini qeydiyyatdan keçirmək istəyən müştəri ciddi problemlə üzləşib.
Azpost xəbər verir ki, vətəndaş 28 May filialına yaxınlaşaraq nömrəsini yeniləmək üçün müraciət edib. Lakin əməkdaşın texniki səhvi səbəbindən sistemə yanlış nömrə daxil edilib və təsdiq kodu başqa istifadəçiyə göndərilib.
Müştəri qeyd edir ki, hazırda xəstə olduğu üçün filiallara gələ bilmir və zəng etməyə də konturu yoxdur. Onun sözlərinə görə, məsələni həll etmək üçün banka dəfələrlə müraciət etsə də, onlayn dəstək göstərilməyib və bütün məsuliyyət müştərinin üzərinə qoyulub.
“Bu səhvi mən yox, sizin əməkdaşınız edib. Mən niyə təkrar əziyyət çəkib filiala gəlməliyəm? Vətəndaşın halını başa düşmürsünüzmü? Artıq əsəblərim pozulub”, – deyə müştəri sosial şəbəkədə narazılığını bildirib.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.