AZ

Bank of Baku nun vəfat edən qazi anasından borc tələbi: Oğlunuzun borcunu ödəyin ki, o dünyada...

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Şirvan şəhərində vəfat etmiş qazi Səbuhi Məmmədovun 1200 AZN-lik kredit borcu “Bank of Baku” tərəfindən onun anasından tələb olunub. Səbuhinin anası bank tərəfindən çağırılıb və ona oğlunun borcunu ödəməsi bildirilmişdir.

Hadisənin daha təəccüblü tərəfi isə bank əməkdaşının söylədiyi sözlər olub: “Oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkir-minkir narahat eləməsin.”

Bizimyol.info məsələ ilə bağlı bankın mətbuat xidməti ilə əlaqə saxlanılıb. Bankdan bildirilib ki, qanunvericiliyə görə müştəri məlumatları bank sirri sayılır və bu səbəbdən heç bir açıqlama vermək mümkün deyil.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
icma.az

2Mənbələr