Yazını böyüt
Yazını kiçilt
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-2026-cı tədris ilinin açılış mərasimində çıxışı zamanı bu gün İzmirdə Polis Bölməsində baş verən hadisələrə toxunub.
Hafta.az xəbər verir ki, Türkiyə Prezidenti İzmirdə iki polisin şəhid olduğu hücumu həyata keçirən 16 yaşlı hücumçunun əlaqələrinin araşdırıldığını açıqlayıb:
"İzmirdən şok xəbər aldıq. İki polisimiz şəhid oldu. Mənfur hücumda şəhid olan polislərimizə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirəm. Hücumu həyata keçirən şəxsin hərtərəfli araşdırılmasını tələb edirəm".