AZ

Erməni ekspertdən gülməli iddia: “Qarabağ məsələsində Fələstin variantından istifadə etmək olar”

Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Qarabağ ermənilərinin geri qayıtmaq hüququ və Qarabağ “dövlətçiliyi”nin bərpası məsələsində həlledici amil artıq heç bir funksiyası olmayan Minsk Qrupunun qərarları deyil, birincisi 10 noyabr 2020-ci il tarixli sənəddir”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə hərbi ekspert Hayk Nahapetyan çıxış edib.

Onun sözlərinə görə, Qarabağ məsələsində Fələstin reallığı işə yaraya bilər. “Yəni, faktiki olaraq dövlət var, amma xalq öz hüquqları uğrunda mübarizəni davam etdirir”.

Nahapetyan onu da iddia edib ki, əgər Ermənistan müxalifəti davamlı olaraq 10 noyabr sənədini və onun müddəalarının həyata keçirilməsini tələb edərsə, Rusiya və İran onları dəstəkləyə bilər.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
tribunainfo.az

2Mənbələr