AZ

Vassilis Fotias ikinci dəfə Azərbaycan matçına təyinat alıb

Yunanıstanlı FIFA referisi Vassilis Fotias, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

90deqiqe.Az-ın məlumatına görə, 36 yaşlı referi növbəti dəfə Bakıya səfər edəcək.

Fotias daha əvvəl 2021-ci ildə Azərbaycanın U-21 yığmasının Norveçlə görüşündə də ədaləti təmin edib. Həmin qarşılaşma "Baksell Arena"da (hazırkı "Neftçi Arena") keçirilmiş və Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. O zaman Fotias, həmçinin Azərbaycanlı futbolçular İsmayıl Zülfüqarlı və Mustafa Yıldırıma, eləcə də qonaqlardan Leo Hyeldeyə, Sebastyan Sebulonsenə və Noah Holma sarı vərəqə göstərmişdi.

Vassilis Fotias 2021-ci ildən etibarən UEFA turnirlərində də hakimlik edir. O, UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasının təsnifat mərhələlərində müxtəlif qarşılaşmalar idarə edib. FIFA referisi karyerasında ikinci dəfə əsas milli komandaların seçmə mərhələsindəki görüşə təyinat alıb. 2023-cü ildə Farer adaları ilə Moldova arasındakı matçda (0:1) da ədalət təmsilçisi olub.

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və oyunun startı saat 20:00-da olacaq.

Seçilən
10
4
90deqiqe.az

7Mənbələr