BAKI, 8 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri ilk dəfə olaraq Qazaxıstana qarşı Rusiyaya sanksiyalardan yayınmağa yarımda görə məhdudlaşdırıcı tədbirlər nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yeni sanksiyalar paketinin hazırlanması ilə tanış olan mənbələrə istinadla məlumat yayıb.
“Qara siyahı”ya Çin və digər ölkələrdən Rusiya hərbi sənaye kompleksi üçün tədarük edilə bilən yeni növ məhsullar daxil ola bilər.
Mənbələr bildiriblər ki, ikinci dərəcəli sanksiyalar və tariflər Aİ-nin ABŞ ilə müzakirə etdiyi vasitələr arasındadır.
“Qazaxıstan belə ikinci dərəcəli sanksiyalara məruz qala bilər”, - nəşr qeyd edib.
“Bloomberg” əlavə edib ki, Qərbin sanksiyaları tətbiq olunandan bəri bəzi MDB ölkələri Rusiyaya qadağan olunmuş məhsulların təkrar ixracı üçün əsas mərkəzlərdən birinə çevrilib.