AZ

Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyanın həcmi azalıb

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 580,1 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti (Geostat) məlumat yayıb.

Bildirilib ki, qeydə alınan göstərici, əsasən təkrar investisiya və borc öhdəliklərinin azalması ilə bağlıdır.

Məlumata görə, investisiyaların 21,3 faizi nizamnamə kapitalı (123,6 milyon dollar), 80,4 faizi isə yenidən investisiya qoyuluşu (466,6 milyon dollar) hesabına formalaşıb. Ən böyük investor ölkələri arasında Böyük Britaniya 242,7 milyon dollarla (41,8 faiz), Türkiyə 54 milyon dollarla (9,3 faiz) və Çexiya 863 milyon dollarla üçüncü yerdədir.

Bu üç ölkənin payı ümumi birbaşa xarici investisiyaların 57,7 faizini təşkil edir.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
0
azertag.az

1Mənbələr