AZ

TƏCİLİ! Əhali bu əraziləri TƏRK EDİR - Zəlzələ panika yaratdı

Ötən həftə Əfqanıstanda baş verən və minlərlə insanın ölümünə səbəb olan zəlzələlər yerli əhali arasında təşviş və qorxuya səbəb olub.

Musavat.com xəbər verir ki, dəhşətli hadisənin yenidən baş verə biləcəyindən qorxan insanlar evlərini, kəndlərini tərk edərək müxtəlif bölgələrə köç edirlər.

255 nəfərin həyatını itirdiyi ölkənin şərqindəki Nanqarhar əyalətinin Darai Nur rayonundan köç edən Qulam Səid deyib: "Bu zəlzələ 10 gündür davam edir. Zəlzələ 10 gündür ki, o qədər güclü silkələdi ki, evlər uçdu. İnsanlar, uşaqlar, qadınlar, hətta mən də ruhi pozğunluqlar yaşayıram".

Digər sakin Nadir Xan isə deyib: "Səhər saat 12:00-da baş verən zəlzələdə uşağım ölüb. Burada nə sığınacaq, nə də yemək qalıb. Evlər uçub, gördüyünüz kimi məzlum insanlar qalıb. Bəzi insanlar şəhərə qaçıb, zəlzələ hələ də davam edir".

Yerli təhlükəsizlik rəsmisi İbrahim Seyfullah bildirib: "İslam Əmirliyinin rəsmiləri hadisədən xəbər tutan kimi, Kunar, Darai Nur və ya digər fəlakət bölgələrinə havadan və qurudan dəstək verdilər".

Xatırladaq ki, sentyabrın 1-də Əfqanıstanın şərqindəki Kunar vilayətində baş verən 6,0 bal gücündə zəlzələ 2205 nəfərin ölümü, 3640 nəfərin yaralanması ilə nəticələnib.

Musavat.com

Seçilən
27
3
musavat.com

4Mənbələr