AZ

Santuşun bu günə qədər nə qədər təzminat alıb?

Yığmamızın baş məşqçisi Fernando Santuş qovuldu. Özü istefa vermədi, gözü pulda idi. Axı kompensasiyalar ilə dolanır.

2022-ci ildə Portuqaliya, ardından Polşa yığmasından, millimizə gəlməmiş “Beşiktaş”dan qovulmuşdu. Bəs qovulduğu komandalardan nə qədər təzminat alıb?

Portuqaliyadan ayrılacağı, demək olar ki, DÇ-2022-dən əvvəl bəlli idi. Qarşısına çempionluq hədəfi qoyulmuşdu, Mərakeşə uduzdular. Müqaviləsi vaxtından əvvəl pozulan mütəxəssis ölkəsinin futbol qurumundan 8 milyon avro kompensasiya aldı. Daha sonra Polşa millisinin “sükanı arxasına” keçdi. Polşada da uğursuz nəticələr göstərən mütəxəssis ümumilikdə 500 min avro kompensasiya qazanıb.

Polşa karyerasından sonra ardıcıl məşqçilər dəyişən “Beşiktaş” da Santuşa güvəndi. Bir neçə tur sonra isə qovdu. 150 min özünə, 350 min avro isə köməkçilərinə görə təzminat alan Santuş indi də AFFA-nın puluna göz dikdi. Düzdü, haqqı var idi. Onunla uzunmüddətli plan quranların günahı daha çoxdu. Amma verdiyi vədə əməl edə bilməyib, istefa verənləri də görmüşük.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
4
1
football-plus.az

2Mənbələr