AZ

Laçında traktor dərəyə aşdı, ölən var

Laçında traktor dərəyə aşdı, ölən var

Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AFN.az xəbər verir ki, məlumatı FHN yayıb. Bildirilir ki, “XCMG” markalı traktor dərəyə aşıb. Nəticədə 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

Seçilən
33
13
afn.az

10Mənbələr