AZ

“Evim” – yaddaşın və həsrətin poetik portreti

Azərbaycanlı rejissor Seyran Mahmudoğlunun “Evim” adlı yeni sənədli filmi tamaşaçılara təqdim olunub. Film ilk baxışda sadə bir hekayəni – Xaçmazın Alekseyevka kəndində yaşamış və Sovet İttifaqı dağıldıqdan sonra köçməyə məcbur qalan rus qadının kənd həsrətini anladır. Lakin ekran əsəri sadəcə bir insan taleyini deyil, yaddaşın, keçmişin və itkilərin poetik portretini göstərir.

Publika.az xəbər verir ki, filmdə kamera adi müşahidəçi kimi deyil, sanki tamaşaçının ürəyi kimi fəaliyyət göstərir. Boşalmış həyətlər, sükut içində qapısı kilidlənmiş evlər, kəndin nəfəsi rejissorun incə yanaşması ilə poetik obrazlara çevrilir.

“Evim” pafossuz, səmimi üslubu ilə seçilir. Sadə bir qadının nisgili üzərindən bütöv bir dövrün faciəsi – sovet dövründə köçürülmüş insanların taleyi və geriyə dönməyən yaddaşları kino dili ilə təqdim olunur.

Xüsusilə filmin final səhnəsi tamaşaçıda dərin təəssürat yaradır: vaxtilə işığı yanmış, indi isə insan nəfəsinə həsrət qalmış məkanlar sanki dil açıb danışmaq istəyir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Tahir Tahiroviç filmin sənədli kino üçün dəyərli nümunə olduğunu bildirib:

Seçilən
67
publika.az

1Mənbələr